Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

VƏRƏQ

is. 1. Müəyyən şəkildə və ölçüdə kəsilmiş kağız parçası, kağız təbəqəsi. Bir vərəq kağız. // Səhifə. Bir yeni aləm var hər vərəqində. S.Vurğun.
mətb. Çap mətninin on altı səhifədən ibarət olan ölçü vahidi. Kitab 10 çap vərəqidir. □ Müəllif vərəqi - müəllif qonorarını hesablamaq üçün vahid götürülən 40.000 mətbəə nişanı.
Yarpaq.
□□ Vərəqi çevrilmək - halı dəyişmək, pozulmaq, pərt olmaq; peşman və ya narazı olmaq. Məni görən kimi vərəqi çevrildi.
vərəq-vərəq zərf 1) Tək-tək vərəqlərlə, hər bir vərəq ayrılıqda. Kitabı vərəq-vərəq açmaq; 2) məc. bir-birinin ardınca, bir-bir. Üzündəki qəm dastanı açılmışdır vərəq-vərəq. S.Vurğun.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....