Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
VƏLVƏLƏ
is. Səs-küy, gurultu-patırtı, həyəcan, çaxnaşma, qarmaqarışıqlıq. O gecəki vəlvələdən ancaq bunu görə bildim. A.Şaiq. □ Vəlvələ düşmək - qarmaqarışıqlıq düşmək, çaxnaşma düşmək, həyəcan (gurultu-patırtı) düşmək. Vəlvələ salmaq qorxu salmaq, çaxnaşma salmaq, həyəcan salmaq. Həqiqət bu xəbər cəmi müsəlman şəhərlərində xalq arasında bir vəlvələ saldı. C.Məmmədquluzadə. [Əmrulla Gülsabaha:] Qüdrətgilin evinə o yandan vəlvələ salmışsan.. C.Cabbarlı. Canına (cisminə və s.) vəlvələ düşmək - qorxuya düşmək, təşvişə düşmək, qorxudan əsmək. Oğlan, sən uşaqsan, cavansan hələ; Yenicə cisminə düşüb vəlvələ. M.V.Vidadi. Növbətçinin “Qalx!” səsi tövlədəkilərin içinə vəlvələ saldı. Mir Cəlal. Canına vəlvələ salmaq - çox qorxuya salmaq, lərzəyə salmaq. [Hacı Qara:] Onların qılınc-tüfəngi o qədər məni qorxutmur ki, silisti, apar-gətiri canıma vəlvələ salır. M.F.Axundzadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla