Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

VƏQF

is. [ər.] İslamiyyətdə: dini məqsədlə bir şəxs tərəfindən hər hansı bir iş üçün təxsis edilən və ya bağışlanan mal-mülk, pul və s. Hacı Məcid əfəndi Cümə məscid mədrəsəsinin nizamını pozdu və mollalara vəqfdən verilən məvacib və ianəni kəsdirdi. C.Məmmədquluzadə. Gələn nəzirlərdən başqa, ocağın öz ixtiyarındakı vəqf yerlərini kəndlilər özləri əkir, becərir və məhsulunu payızda daşıyıb türbənin anbarlarına doldururdular. Şamilov. □ Vəqf etmək - 1) bir mal və mülkü dini məqsədlər üçün ayırmaq, vermək, bağışlamaq, təxsis etmək. Amma bu bədbəxt də molla, seyidin kələyinə düşüb cəmi dövləti məscidə vəqf etmiş. S.S.Axundov; 2) məc. tamamilə həsr etmək, sərf etmək, vermək. Vəsiyyətim budu, Seyyid, vəfatım olduqda; Nə qalsa məndən, onu vəqf edin, şərabə verin. S.Ə.Şirvani. Ana övlada vəqf edər özünü; Yumamaz, yummasa uşaq gözünü. M.Ə.Sabir. Belədirsə, həmişəlik yetimlər üçün bir məktəb açın, aldığınız prosentlərin cüzi bir hissəsini bu xeyir işə vəqf ediniz. N. Nərimanov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....