Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
VƏKİL
is. [ər.] 1. Vəkalətə əsasən iş görən şəxs. [Səkinə xanım:] Mənim bu saatda nə atam var, nə anam, nə qardaşım; özüm öz vəkiliməm. M.F.Axundzadə. □ Vəkil etmək öz əvəzinə bir işi görmək üçün birinə vəkalət vermək, bu işi ona tapşırmaq. [Fərhad:] Ancaq mən heç kəsi vəkil eləməmişdim, məni evləndirsin. Ə.Haqverdiyev. Dostu Mirzə Qulamı vəkil eləmişdir ki, “Get, yer seç, ev tut, mənə xəbər ver” . Mir Cəlal.
Məhkəmədə tərəflərin əvəzində işi aparan şəxs, hüquqçu, advokat. [Səkinə xanım:] Yaxşı, indi de görüm, biz kimi vəkil tutaq?
M. F.Axundzadə. [Qəhrəmani:] Sən ali təhsil almış bir vəkil olacaqsan. M.İbrahimov.
tar. Nazir. Baş vəkil.
tar. Deputat.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....