Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

VEC

Adətən feillərlə işlənir: vecə gəlmək - lazım olmaq, gərək olmaq, yararlıq göstərmək, yaramaq. [Bəylərdən birisi:] Həkim tayfasının ehtiramı vacibdir, xalqın vecinə gəlirlər. M.F.Axundzadə. [Bəbir bəy:] Ancaq ki özün yovuşan adam deyilsən, .. vecə gələn deyilsən, üzünə deyirəm. Mir Cəlal; // hörməti olmaq, əhəmiyyəti, dəyəri olmaq. Puç olsun qocalıq, gördün ki, necə; Birpulca xublara gəlməzmiş vecə. M.V.Vidadi; vecinə almaq - saymaq, etina etmək, əhəmiyyət vermək, hesablaşmaq. Bizim Həzi də belə şeyi vecinə alan deyil. S.Rəhimov; vecinə almamaq - saymamaq, etina etməmək; mütəəssir olmamaq. Kəndin uşaqları bu dəhşətli gurultunu heç vecinə də almırdılar. P.Makulu; vecinə gəlməmək - bax vecinə almamaq. Bu hal Rəfizadənin vecinə gəlmirdi. M.S.Ordubadi. Fəqət ofiser görərdi ki, dava yaman qızışıb, bunların heç birinin vecinə gəlmir. Əmr elərdi ki, vuruşanları gülləyə bassınlar. H.Sarabski; nə vecimə (vecinə) bir şeyə, bir hadisəyə qarşı laqeydliyi ifadə edir - nə işimə (nə işinə), nə borcuma (nə borcuna). [Sona xanım:] A kişi, mənim nə vecimə ki, rus firəng malını qadağan edibdir. M.F.Axundzadə. A qardaşlar, axır bir deyiniz görüm, mənim nə vecimə ki, səhərlər saat altıda kontora gəlib, axşam saat onda azad olursunuz. C.Məmmədquluzadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....