Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
VAY
1. nida. Qorxu, həyəcan, təəssüf, kədər, ağrı, təəccüb, fərəh kimi hissləri ifadə edir. Vay, yazıq! Vay, ilana bax! - Vay, kim, əğyar ilən ol yar həmdəmdir yenə. Kişvəri. [Ziba xanım:] Vay, yad kişinin səsi gəlir; vay, indicə qapıdan girəcəkdir. M.F.Axundzadə. // Yenə yuxarıdakı mənalarda olaraq, müxtəlif tərkiblər daxilində işlənir. Vay, dədəm, vay! Vay, mənim başım! Vay, mənim günümə! - [Şölə xanım:] Vay, dədəm vay, nənəm vay! Amandır, Teymur ağa, pərdənin dalısında gizlən. M.F.Axundzadə. Amma vay bizim arvadlarımızın gününə, şah Təhmasın vaxtında geyilən paltarı indi də geyirlər. H.Zərdabi. // Bəzən təkrar şəklində işlənir: vay-vay, vay-vay-vay. Qorxuram Zakiri hicrin qəmi bir halə sala; Görən adəm deyə vay-vay, budu divanə gəlir. Q.Zakir. Vay-vay, nə yaman müşkülə düşdü işim, Allah! M.Ə.Sabir. [Arvad:] Vay-vay-vay! A kişi, bu nə üstbaşdır, bu nə əl-ayaqdır, əşi, qoşunkeşdidən, davadan gəlirsən nədir? H.Sarabski. □ Vay salmaq, vay-şivən salmaq (qoparmaq) qışqırıq salmaq, çığırmaq, fəryad etmək, şivən qoparmaq. Cənnət xanım dizlərinə çırpıb vay-şivən saldı. Mir Cəlal. Vayını vermək - cəzalandırmaq, döymək, əzişdirmək və s. [Güldəstə:] Sən neçin qaçırsan, .. axtarar, tapar, vayını verər. N.Vəzirov.
2. is. Yas, ölü yeri, yaxud müsibət, bədbəxtlik mənasında. Öldür Ələsgəri qurtulsun canı; Vay xəbərin göndər qohum-qardaşa. Aşıq Ələsgər. Vayımı yar eşidib, vay, könül, söylədi kim; Seyyidim çoxdan ölübdür, bu onun vayı deyil. S.Ə.Şirvani. [Vaqif:] Bizdə hər gün bir təzə xəbər var: ya toydur, ya vay, ortası yoxdur. Çəmənzəminli.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....