Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
VARMAQ
f 1. Getmək, yetişmək, çatmaq, gəlmək, gəlib çatmaq. İstərəm kim, varayım kuyinə yüz qovğa ilən. Kişvəri. Leyli onun olsun, eylədim əhd; Var, indi sən et əlacına cəhd. Füzuli. Səba, əhvalımı bir-bir; Varıb ol yarə ərz eylə. M.V.Vidadi. Səba, var, kuyidildarə söylə kim, novbahar olmuş. Heyran xanım. □ Varıb getmək - çıxıb getmək, rədd olmaq. Ellik, yerbəyerdən qalxıb dedilər: - Güloğlan, sazını vur qoltuğuna, var get. “Aşıq Qərib” .
Nəticələnmək, müncər olmaq, nəhayətlənmək, çatmaq. [Gülüş:] Ay Sevil, artıq oyun sona varmaqdadır, çox çəkməz, sən özün görərsən. C.Cabbarlı.
məc. Dalmaq, qərq olmaq, getmək. Gəl duraq yanaşı, xəyala varaq; Bizə layla desin suların səsi. S.Vurğun.
vara-vara zərf Getdikcə. Vara-vara oldun zalim, bimürvət; Əzəldən yox idi bu güman sənə. Q.Zakir
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla