Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

VARLIQ

is. 1. Olma, var olma, mövcud olma; mövcudiyyət (yoxluq ziddi). Məhəbbət özü də canlı həyatdır; Onun varlığını yaşayan duyur. S.Vurğun. “Sual” romansında çoban həyatını, gözəl mənzərələri təsvir edən Asəf Zeynallı xoş və gözəl təbiət qucağında yaşayan insan varlığındakı mənanı oxşayır. Ə.Bədəlbəyli.
fəls. Şüurdan asılı olmayaraq mövcud olan hər şey - maddə, maddi aləm, təbiət.
məc. Həqiqətdə mövcud olan şeylər, təbiət, aləm, dünya, kainat, bütün mövcudat. Varlığa güldükcə o nazlı bahar; Çiçəklər, qönçələr açır hər dilək. S.Vurğun. Bütün varlıq, bütün kainat sanki yenidən varlanır, yenidən səslənir .. onun [şairin] gözündə işıqlanırdı. Ə.Məmmədxanlı. // məc. Real aləm, real həyat, ictimai mühit. [C.Məmmədquluzadə] xəyalata uyan, idealların gözəlliyi ilə yaşayan, varlığa tül pərdələr dalından baxan yazıçılardan deyildi. M.İbrahimov.
məc. Həyat, həyat mənbəyi mənasında. Bu torpaqdır varlığımın mayası; Bu torpaqda alın təri tökmüşəm. S.Rüstəm.
məc. Qüvvət, güc, səy, cəhd mənasında. [Firidun] yalnız fəaliyyətdə, yalnız çalışmaqda bir təskinlik taparaq, bütün varlığını yenidən dərslərə və işə vermişdi. M.İbrahimov. □ Bütün varlığı ilə - 1) var gücü ilə, ciddiyyətlə. Mənim dövlətimdir, mənim varımdır; Bütün varlığımla sevə bilməyim. B.Vahabzadə; 2) bütün təfərrüatı ilə, bütün incəlikləri ilə, olduğu kimi. Ana qəlbini bu dünyada hansı sənətkar bütün varlığı ilə təsvir etmişdir. S.Rəhimov.
Bolluq, rifah. Varlığa nə darlıq. (Ata. sözü).
Vücud, bədən mənasında. Təliənin bütün varlığı titrədi və qız qorxdu. M.S.Ordubadi. Onun gözəlliyi, incə varlığı; Duyan ürəklərə lərzə salırdı. S.Vurğun. Bütün varlığında bir ağrı gəzdi; Az qaldı mənliyi alışıb yana. M.Rahim.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....