Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
VANNA
[alm.] 1. İçində çimmək və ya şey yumaq üçün uzunsov böyük ləyən, qab. [Həkim:] Uşağın özü çox zəif və bədəni də çirklidir, ..hələliyə nə hamama göndərmək və nə də vannaya salmaq olmaz. S.S.Axundov. // Xüsusi terminologiyada tib.: ayaq, qol və s. vannası - müalicə məqsədi ilə ayaqları, qolları mayeyə salmaq üçün xüsusi qab. // xüs. İçinə maye tökmək üçün müxtəlif formalı qab. Foto vannası.
Müalicə məqsədi ilə içi su ilə dolu vannadan istifadə prosesi. Vanna qəbul etmək. Həkim mənə on vanna yazmışdır. Vannanı tox qarına qəbul etmək olmaz.
Bədənin dəniz suyu, hava, günəş şüaları, müalicə palçıqları təsiri ilə müalicəsi, bərkidilməsi. Dəniz vannası. Günəş vannası. - Kəndin bütün ətrafını aradım; ancaq burada bir parça qumlu yer tapdım, soyunub uzandım; günəş vannası alırdım, - deyə, doktor izahat verdi. B.Talıblı.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....