Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
VALEH
[ər.] Heyran, məftun, vurğun; heyran olmuş, məftun olmuş, vurulmuş. Mən bu yerlərin gözəlliyinə valehəm. - Hamı bu halə valehü məftun; Nagəhan hadis oldu bir yanğun. M.Ə.Sabir. □ Valeh etmək - heyran etmək, məftun etmək. Qulaq asanları valeh etmək mənə .. qismət deyilmiş. C.Məmmədquluzadə. ..Bir tərəfdən də baharın xoş mehi insanı valeh edirdi. S.S.Axundov. Günəşin batması ilə tez-tez üfüqlərdə dəyişən rənglər.. [Dilaram] valeh etmişdi. M.İbrahimov; // məc. məst etmək mənasında. Həyəti götürən soğan, qovurma, zəfəran iyi adamı valeh edirdi. Mir Cəlal. Valeh olmaq, valeh qalmaq - heyran olmaq, məftun olmaq, vurulmaq. Göygölün gözəlliyinə insan valeh olur. - Surətin nəqşində insan valehü heyran olur. Nəsimi. [Bədircahan:] Ağa, o qədər səndən dedim ki,.. az qaldılar valeh olsunlar. N.Vəzirov. [Bünyad] təpədən dırnağa qədər ipək içində olan bu gözəl qıza valeh olmuş kimi baxırdı. Ə.Əbülhəsən.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....