Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
VAQİƏ
is. [ər.] 1. Yuxu. Bu işlərin hamısı mənə vaqiə kimi göründü. C.Məmmədquluzadə. [Nurcahan:] Xanım, başına dönüm, mən bu gecə bir vaqiə görmüşəm. N.Vəzirov. Oğlan oyuna bir mərtəbədə aludə olmuşdu ki, gecə vaqiədə də oyundan sayıqlayırdı. Ə.Haqverdiyev.
2. Hadisə, əhvalat, macəra. Ol vaqiədən olub xəbərdar; Tutdu rəhi-dəşt Zeydi-qəmxar. Füzuli. Bu vaqiədən xatirə olmaq üçün pələngin dərisini soyub evə gətirdim. A.Şaiq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....