Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
VADİ
is. [ər.] 1. İki dağ arasında böyük, uzun çuxur, düzən. Buranın [Dağıstanın] o biri dağlıq qismi bəzi məhsuldar vadi və yaylaqlara malik olsa da, ümumiyyətlə, yaşamaq üçün çox çətin və məşəqqətlidir. A.Bakıxanov.
Çay yatağı, çayın axdığı yer. Göyün üzünə ulduzların səpələnməsinə baxmayaraq, çayın vadisi qaranlıq idi. İ.Şıxlı.
məc. Sahə, meydan, zəmin. Mətbuat vadisinə təzə qədəm qoyan “Molla Nəsrəddin” Axund Əbuturabın bu məqaləsini buraxıb keçə bilməzdi. C.Məmmədquluzadə. [Firidun] müharibə cəbhəsi adlanan bu ölüm vadisində özünün də bir gün məhv ola biləcəyi fikrini indidən ata-anasına bildirmək istəyir. M.Hüseyn.
məc. Klassik ədəbiyyatda səhra, çöl mənasında olaraq adətən tərkiblərdə işlənmişdir. Vadiyi-qürbətdə can verdim, məni ol şahi-hüsn; Bir gecə xani-vüsali üzrə mehman etmədi. Füzuli. Salmış məni vadiyi-kəmanə; Bin qəmlərə eyləmiş nişanə. Məsihi. Qalmışam vadiyi-qəm içrə, kimim var, Zakir! Didələr oldu həmin munisi-qəmxar mənə. Q.Zakir.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....