İzahlı lüğət

VACİB

sif. [ər.] Yerinə yetirilməsi mütləq lazım olan, labüd olan, zəruri, ən mühüm. Vacib məsələ. Bu gün çox vacib işim var. - [Şəhrəbanı xanım:] Gülçöhrə, get, atan damın dalısında çobanlarla danışır, de ki, bir bura gəlsin, vacib işim var. M.F.Axundzadə. [Əbülhəsən bəy:] Hərgah vacib işim olmasaydı, heç vaxt mən verdiyim vədəmə xilaf çıxmazdım. Ordubadi. □ Vacib bilmək özünə borc bilmək, lazım bilmək, zəruri hesab etmək. Kosa.. hələlik səbirli olmağı vacib bildi. S.Rəhimov. Vacib olmaq - yerinə yetirilməsi mütləq lazım olmaq, zəruri olmaq. Vacib oldu eyləmək ol biədəbdən ictinab. S.Ə.Şirvani.
□□ Vacib forma qram. - felin, iş və ya hərəkətin icra edilməsinin vacib olduğunu bildirən şəkli; məs.: oxumalıyam, qayıtmalı idim və s.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed