Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
CÜR
is. [bəzən “cürə” şəklində də işlənir]
Növ, çeşid, qisim. Mağazada yüz cür şey var.
□ Hər cür - hər növ, ürəyin istəyən, ən müxtəlif. [Rəsul] hər cür yeməkdən araya gətirdi. “Aşıq Qərib”. Qızın qohuməqrəbaları hərə bir cürə pay götürüb, qızın cehizində olan nöqsan şeyləri dolduracaqlar. R.Əfəndiyev.
Üsul, qayda, tərz. Ayrı cür edə bilməzdim.
□ Bir cür - bir qaydada, bir tərzdə. Hamı bir cür geyinmişdir. Bu cür - belə, bu qaydada, bu tərzdə. Bu cür işləmək olmaz. - [Əsgər xalasına:] Belə, deyirəm ki, bu cürə dolanacağın axırı nə olsun? Ü.Hacıbəyov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....