Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
CUMMAQ
f 1. Sürətlə, cəld qaçmaq, cəld getmək, ayaq alıb gəlmək, ya getmək. Evə cummaq. Adamlara tərəf cummaq. - ..Pristav özü atdan düşüb, içəriyə cumdu. M.Hüseyn. Sənəm .. çuvallara tərəf cumdu. Ə.Əbülhəsən.
// məc. Üstünə atılmaq, həmlə etmək. O qədər xoşlanıram tüstüsü çıxcaq kababın; Ac pişiktək cumuram şövq ilə birbaşa ətə. M.Ə.Sabir.
Dalmaq, baş vurmaq. Suyun dibinə cummaq.
// Məc. mənada. Ələsgər qurbandı belə gəlinə; Sonatək cumubdur eşqin gölünə. Aşıq Ələsgər. ..Kişi sözünü deyib dik-dik baxdı Məhəmməd Həsən əminin üzünə, qeyriləri də gözlərini dikib yerə, fikrə cummuşdular.. C.Məmmədquluzadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....