Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
CÖVHƏR
is. [ər. əsli farsca “gövhər”dənj
Hər hansı bir üzvi maddənin distillə və s. kimyəvi üsulla ayrılan yığcam məhlulu, şirəsi. Nanə cövhəri (bax cövhərnanə).
□ Cövhərini çəkmək - distillə etmək, distillə vasitəsilə cövhərini, xülasəsini almaq.
köhn. Neft, ağ neft. [Hacı Sultan] Hərdən qənd və cövhər də alıb satır.. S.Hüseyn. [Şərəf xala:] Qəbir üstünə getmişdim. Gec qayıtdım. Cövhər ala bilmədim, dükanlar bağlı idi. H.Sarabski.
məc. Bir şeyin (əsərin, sənədin, yazının, nitqin və s.-nin) qısa, yığcam xülasəsi, əsas qayəsi, məğzi: əsil mətləb.
// məc. Əsil, mayə, zat, kök. Eşq dərdi, ey müalic qabili-dərman deyil; Cövhərindən eyləmək cismi cüda asan deyil. Füzuli.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....