Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
CİLD
is. [ər.] 1. Kitabın üzü, üz qabığı. Kitabın cildində qara ramka içərisində döşdən yuxarı çəkilmiş bir adam şəkli vardı. M.İbrahimov.
Böyük bir əsərin ayrı-ayrı kitab şəklində olan hissələrindən hər biri, həmçinin ayrıca kitab şəklində olan çap əsəri. Ensiklopediyanın ikinci cildi. - Dəmirov əlini uzadıb cildləri özünə tərəf çəkdi və səliqə ilə düzəltdi. S.Rəhimov. [Vahid:] Gecə-gündüz yazdığın o cildlərin sahibləri heç zaman sənin zəhmətini unutmazlar, ana! B.Bayramov.
məc. Don, qiyafə. Ötər keçdiyiniz yerdə bayquşlar; Qəhrəman cildinə girən sərxoşlar! H.Cavid. [Səfərəli:] Deməli, gedək cildimizi dəyişməyə. H.Nəzərli.
□□ Cilddən-cildə girmək - bax dona (min dona) girmək (“don1”da). [Professor:] Cilddən-cildə girən bu bürüncəkli adamlara qarşı çox kəskin, çox amansız mübarizə aparmaq lazımdır.. S.Rəhimov. ...cildinə girmək - yalandan özünü ... oxşatmaq, yalandan özünü ... kimi göstərmək. Müəllif sanki özü Fərhad cildinə girərək, irəli gəlir və ürəyini boşaldır. M.İbrahimov. Cildini dəyişmək - başqa dona girmək, hər hansı mühitə, şəraitə uyğunlaşmaq. Kərəmov mühitə uyğun olaraq kərtənkələ kimi cildini dəyişsə də, elə həmin Kərəmovdur. İ.Əfəndiyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....