Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
CİDA1
is. Sivri dəmir ucluqlu, dəlici qədim silah; mizraq. Cidanı çuvalda gizlətmək olmaz. (Ata. sözü). Koroğlu qayıtmaz, tufan saçmasa; Cida işlətməsə, qılınc çaxmasa. “Koroğlu”.
□ Cida boyu - ölçü bildirir (adətən, gün, günəş sözləri ilə deyilir). [İntelligentin anası:] [Oğlum] gün iki cida boyu qalxmamış, üstünə diri ilan salasan, yerindən tərpənməz. Qantəmir. [Pəri cadu:] Əgər gün bir cida boyu qalxınca burada olmasa, sənin ətini öz anana yedirdəcəyəm. Ə.Haqverdiyev. Günəş bir cida boyda ucalanda uzaqda balaca bir qaraltı göründü. P.Makulu.
□□ Cidanın ucu çuvaldan çıxır- b ax xoruzun quyruğu görünür (“xoruz”da).
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....