Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
CIZMA-QARA
is. Aydın oxunmayan, səliqəsiz, qarışıq yazı. O, dəftər cildində yazdığı cızma-qaranı Xəlilə uzatdı: - Budur, bax, yazmışam. M.Hüseyn.
// isteh. Lüzumsuz, faydasız, mənasız yazı.
□ Cızma-qara etmək (eləmək) - səliqəsiz, tələsik, qarışıq xətlə yazmaq, qaralamaq. Meşinov qələmlə yaza bilmədiyindən, məlumatların hamısını karandaşla cızma-qara edər(di).. S.Rəhimov.
// Faydasız, mənasız yazı ilə məşğul olmaq. Piri oturub cızma-qara edə-edə başını qarışdırırdı. M.Süleymanov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....