Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
CINDIR
sif. Tamam köhnəlib yaramaz hala gəlmiş, cırıq-cırıq olmuş, geyilməsi qalmayan, yıpranmış. Dilənçi, qoltuğundakı köhnə paltarı ki, ona Allah payı vermişdilər, Nurəddinə geyindirdi və bir cındır yaylıqla başını örtdü. S.S.Axundov. [Toxucuların] əksəriyyəti .. cındır çit çadralara bürünmüş qadınlar idi. Ə.Məmmədxanlı.
// is. mənasında. Əsgi parçası, yıpranmış, yırtılmış, cındır hala gəlmiş paltar və s.
□□ Cındırından cin hürkür - üst-başı tamam tökülmüş, cın-cındır geyinmiş adam haqqında. Gözünə girsin, .. o vaxt cındırından cin hürkürdü, indi forma geyib nəçərnik olmusan. S.Rəhimov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....