Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
CILIZ
sif. 1. Çox arıq, balaca, zəif, sısqa, cansız, ölüvay. Cılız uşaq. Cılız qız.
..Müstəntiq arıq, cılız çiyinlərini çəkəçəkə, təlaşla içəri girib əlindəki böyük qovluğu stolun üstünə qoymamış, prokuroru ayıq saldı. M.Hüseyn. Bütün görkəminin cılız olmasına baxmayaraq, bu adamın mis kimi cingildəyən çox möhkəm səsi.. vardı. Ə.Əbülhəsən. [Elxanın oğlunun] yanında balacaboy, cılız müşavirdən başqa on atlı da vardı. P.Makulu.
2. məc. İnkişaf etməmiş, boy atmamış, zəif. Cılızpambıq kolları. - ..Təbiət sanki qəsdən bir az uzaqda xəstə və cılız qol-qanadlı, küskün budaqlı iki-uç söyüd ağacı yaratmışdı. A.Şaiq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....