Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
CIQQA
is. [fars.] 1. Başın ön və yan tərəfinə tökülən tellər. Siyah zülfü dal gərdəndə bir qulac! Sona cıqqasıtək ucları qıyğac. Q.Zakir. Gülab qoxusu şairi nəşələndirdi. Xoş bir təbəssümlə şagirdini süzdü: cıqqa telləri ağ cunadan çıxıb gərdəninə toplanmışdı. Çəmənzəminli.
2. Tacşəkilli, daş-qaşlı qadın başlığı. [Ərən:] Xanım yürüdükcə cıqqasının ziqiymət qaşları minbir rəng çalırdı. Çəmənzəminli. Cüftilə alınmış brilyant sırğa; Minalı bilərzik, almazlı cıqqa. H.K.Sanılı. Cıqqanın ortasında quş yumurtası böyüklüyündə üç ..qiymətli daşparlayırdı. M.S.Ordubadi.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....