Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
CIĞARA
[isp. cigarra] Siqaret, papiros. Cığara çəkmək. Cığara qutusu. - Sarışın, həssas baxışlı Şeyda isə cığaranı dumanladaraq, əli alnında düşünüb durur. H.Cavid. Əbdül ağa ağac müştükə keçirdiyi barmaq yoğunluqda cığarasını fikirli-fikirli çəkirdi. P.Makulu.
□ Cıgara kağızı - çox nazik, zərif kağız, papiros kağızına oxşar kağız. Bu, zərrəbinlə oxunacaq dərəcədə xırda zərif bir xətt ilə cığara kağızına yazılmış bir məktub idi. M.Rzaquluzadə. - Ay kişilər, insafinız olsun, batdıq suyun içində! Belə də qır basarlar? Zalım uşağı elə bil dama cığara kağızı çəkiblər. “Kirpi”.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....