Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

CƏZƏ-FƏZƏ

is. [ər.] dan. Bir şeylə razı olmadığını, etirazını bu və ya başqa hərəkəti ilə bildirmə. [Karvanın adamları] ..Məmmədə yaxın gəldilər və soruşdular ki, onun bu cəzə-fəzəsinə səbəb nə olubdur? E.Sultanov. [Cəbi:] Ağa, belə işdə səbr lazımdır, adamın gərək tədbiri çaşmasın, artıq cəzəfəzə sizin adınıza layiq deyil. N.Vəzirov.
Cəzə-fəzə etmək (eləmək) - razı olmamaq, müqavimət göstərmək, atılıb-düşmək. [Əliqulu:] Cəzə-fəzə etmək artıqdır. S.S.Axundov. [İlyas bəy oğlu Səfiquluya:] Nə çox dağ-dərə, çox cəzə-fəzə eləsə [Hürünü] götür apar, elə yerdə saxla ki, hayına çatan olmasın. M.İbrahimov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....