Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
CƏNUB
is. [ər.] 1. Dörd cəhətdən biri, şimal əksi. Kompas cənubu göstərir.
// Şimala müqabil olan səmt, tərəf. Calus Xəzərin cənub sahilində yaşıl bir şəhərdir. M.İbrahimov.
// Bir ölkənin, dövlətin, qitənin həmin istiqamətdə yerləşən ərazisi, hissəsi. ..Buludlar parçalanıb cənuba doğru axışmağa başladı. Ə.Məmmədxanlı.
İsti iqlim qurşağında yerləşən ölkə, ərazi. İstirahəti cənubda keçirmək. Cənub bitkiləri. - Durnalar dəstə-dəstə göydə uçar; Oxuyar nəğmələr, cənuba qaçar. A.Səhhət. Cənubda iki ölkəyə sərhəd olan səngərlər birpalaz kimi sərilmişdi. M.Hüseyn. Cənubda mart girən zaman; Əsil gözəl bahar olur. M.Dilbazi.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....