Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
CƏMİYYƏT
is. [ər.] 1. Konkret tariximaddi həyat şəraiti ümumiliyi əsasında birləşmiş insan toplusu. İnsan cəmiyyəti. Cəmiyyətin inkişafı. Cəmiyyət tarixi. Cəmiyyət haqqında elm (cəmiyyətşünaslıq). - [Aşıq:] Sağ olun, əziz yoldaşlar, xalqa, cəmiyyətə xidmət eləmək bizim vətəndaşlıq borcumuzdur. B.Bayramov.
// Tarixən müəyyənləşmiş iqtisadi quruluş və ona uyğun üstqurum. İbtidai cəmiyyət. Sosializm cəmiyyəti. Kapitalizm cəmiyyəti. - [Almaz:] Yoldaşlar, mədəni cəmiyyət bu gündə yaşaya bilməz. C.Cabbarlı.
Hər hansı (mənşə, vəziyyət, mənafe və s.) ümumiliyi əsasında birləşən adamlar mühiti. Zadəgan cəmiyyəti. Yüksək cəmiyyətdə dolaşmaq.
// İctimai mühit. Cəmiyyətdə özünü apara bilmək. - Taleyini ev xidmətçiləri ilə birləşdirən bir qızın cəmiyyətə girə bilməsi və kütlə arasında müəyyən bir mövqe tutması mümkün deyildir. M.S.Ordubadi.
Qarşılarına ümumi məqsəd qoymuş adamlar birliyi; təşkilat. Tələbə elmi cəmiyyəti. İdman cəmiyyəti. Siyasi və elmi bilikləri yayan cəmiyyət. Səhmdarlar cəmiyyəti.
“Səadət” cəmiyyəti maarifi öz öhdəsinə almaq istəyirdi. Mir Cəlal.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....