Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

CƏMDƏK

is. 1. Heyvan ölüsü, leş, cəsəd. Kənddən bir dənə biyar araba gətirib, qabanın cəmdəyini içinə yıxıb, özüm də üstündə yola düşdüm. Ə.Haqverdiyev. Yolun üstündə qoxumuş bir köpək cəmdəyi düşmüşdü. M.S.Ordubadi.
2. İnsan bədəni, bədən. Neçə illər ondan sonra yolçular; Bir çuxurda iki cəmdək tapdılar. A.Səhhət. [Məmmədəli:] Bacıoğlu! Yatırdıb ağzı yerdə o qədər goparam cəmdəyinə, şişib dama dönərsən. N.Vəzirov.
□□ Cəmdəyinə döşəmək- b ax canına döşəmək (“can”da). Əminə.. Sonanın tutqunluğuna əhəmiyyət verməyib onun cəmdəyinə döşəyirdi. Ə.Əbülhəsən. [Möhlətov:] Yaxşı danışan uşaqlardan bir-ikisini də kənara çəkib öyrədərəm. İclasda o ki var Heydərovun cəmdəyinə döşəyərəm. Mir Cəlal.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....