İzahlı lüğət

CƏLB

[ər.] Özünəçəkmə, cəzbetmə.
Cəlb etmək - 1) çəkmək, cəzb etmək, özünə tərəf çəkmək. Hamının hüsn-rəğbətini cəlb etmək. - [Sabbah:] İsfahan səmtini etdim məskən; Məni cəlb etdi Nişabur yenidən. H.Cavid. [Hüseyn] məharət işlədib kəsir yolunu; Yenidən cəlb edir döyüşə onu. M.Rahim. Sanki bu xaraba, Calalı bir maqnit kimi özünə cəlb edərəkdeyirdi.. S.Vəliyev; 2) bir işə qoşmaq, sövq etmək, bir işdə iştirak etdirmək. İşə cəlb etmək. Söhbətə cəlb etmək. - [Dəmir Ataşa:] Urək qızdırdığın adamlardan bir neçəsini cəlb elə! Ə.Vəliyev; 3) məc. Maraq oyatmaq, diqqətini çəkmək. [Rüstəmbəy]
..bığlarına və təzə qırxılmış üzünə elə məlahət verdi ki, Sofyanın fikrini özünə cəlb etdi. Çəmənzəminli. Münəvvər xanımın şəklişəmayıli Hacını lap əvvəl gündən cəlb eləmişdi. Mir Cəlal.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

CAD

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed