Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
CƏH-CƏH
təql. Quşların ötərkən çıxardıqları xoş səs. Quşların cəh-cəhi havaya ucaldı. S.S.Axundov. Quşlar... cəh-cəh ilə min cürə nəğmələr oxuyub, meşəni sədaları ilə doldurmuşdular. A.Divanbəyoğlu. Qarışdı qaqqıltılar; Büllur səsli cəh-cəhə; Yüksəldi hər budaqdan; Bir nazənin qəhqəhə. Ə.Cavad.
Cəh-cəh vurmaq - etmək, oxumaq (quşlar haqqında). Bu quş göy çəmənin içindən naqafil cəh-cəh vurub havaya tullanır. E.Sultanov. Quşlar, quşlar, a quşlar! Cəh-cəh vurun burada; Gah yerdə, gah yuvada. A.Səhhət. Bir də gördülər, birdən bülbül gəlib, mənim qarşımda bitmiş ağacın budağında əyləşib başladı cəh-cəh vurmağa. Ə.Haqverdiyev.
□□ Bülbül kimi cəh-cəh vurmaq (ötmək) - xoş avazla, xoş səslə, şirin-şirin oxumaq. [Hacı:] Şərab həmişə insanın mizacını açır, .. görürsən ki, şairin təbi gəlir, natiqin nitqi açılır, xanəndə bülbül kimi cəh-cəh edir.
Talıblı. Bülbül cəh-cəh vurub oxumazdı; Ona bülbül adı qoyulmasaydı? B.Vahabzadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....