İzahlı lüğət

CƏBR1

is. [ər.] Zor, zor işlətmə, zülm. Fələkin cəbrindən, el tənəsindən; Dərdim artıb, bir ümmana dönübdü. Aşıq Ələsgər. [Sönməz:] Xalq ərəblərin cəbrindən qurtarmaq üçün odlardan kömək istəyir. C.Cabbarlı. Əvvəl gündən sevmədim cəbri və belə cəbrli şeyləri xoşlamadım. R.Rza.
□ Cəbr çəkmək - cəzasını çəkmək. Zeynal [Qadir üçün] cəbrindir çək (dedi).. Ə.Əbülhəsən. Cəbr etmək (eləmək) - zor işlətmək, zülm etmək. Əzizim cəbr eylədi; Yar yara cəbr eylədi. Sağ olsun ürəyim ki; Bir belə səbr eylədi. (Bayatı).
// Zorla məcbur etmək. [Tarverdi:] Namaz, bura gəl, bilirsənmi, cəbr eləmə, görürsən ki, qorxurlar, dəxi niyə qısnayırsan? M.F.Axundzadə. Cəbrə düşmək - zora düşmək, əziyyət çəkmək. [Muxtar Firəngizə:] Arvad kişinin yanında olsa, iş də bu qədər artmaz, arvad da bir belə cəbrə düşməz.. B.Bayramov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed