Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
CARİYƏ
is. [ər.] Keçmiş zamanlarda özgə ölkələrdən zorla qaçırılaraq azadlıqdan məhrum edilən, pulla alınıb-satıla bilən, hər cəhətdən sahibinin arzularına tabe olan qız və ya qadın. Hökmdar saraylarının cariyələri olmasaydı, hökmdarlar bir gün də olsun öz mələkələri ilə yaşaya bilməzdilər. M.S.Ordubadi.
// Ümumiyyətlə qulluqçu, xidmətçi qız. Bu sırada Sevda cariyələri ilə bərabər gəlir. H.Cavid. [Şair qasidə:] Bu qızı isə qaytarıb geri aparın, mənə kəniz və ya cariyə lazım deyil! Ə.Məmmədxanlı. Cariyələr, nökərlər düşdülər əl-ayağa; Hərəsi bir tərəfdən qulluq etdi qonağa. B.Vahabzadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....