Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
CANLANMAQ
f 1. Dirilmək, dirçəlmək. Canlanır yenidən sönən bir həyat; Nə gözəl yaraşır sizə ağ xalat! S.Vurğun. [Bibixanımm] solğunlaşıb altı kölgələnən gözləri elə bilyenidən canlandı.. B.Bayramov.
// Özünə gəlmək, ayılmaq. Su içən kimi canlandım.
məc. Daha fəal, daha sürətli, daha canlı getmək, fəallaşmaq. Şirzad katibin gəlməsilə işlərin canlanacağını güman edib sevinirdi. M.İbrahimov. Şagirdlər bir-bir gəlir; Otaq birdən canlanır. M.Seyidbəyli.
məc. Hafizədə, xəyalda bərpa olmaq, təcəssüm etmək, yada düşmək. Yeddi il əvvəl.. [Xədicə ilə] keçirdiyim saatlar tamamilə xəyalımda canlanmışdı. S.Hüseyn. ..Ulduzun gözləri qarşısında isə yeddi nəfər döyüşçüsü ilə vuruşan Azadın son saatları canlanırdı. Ə.Məmmədxanlı.
// məc. Canlı bir şey kim görünmək. Bu təpədən baxdıqda Bakının mənzərəsi bütün əzəməti ilə göz qarşısında canlanırdı. S.Rəhman. ..İndi qarşımda canlanan mənzərə də bunların heç birinə bənzəmirdi. M.Rzaquluzadə.
məc. Oyanmaq, dirçəlmək, cana gəlmək. Təbiət canlanır, bahar çağıdır; Bağçalar, yamaclar çiçəklənmədə. A.Şaiq. İçdikcə içib doydu; Bol-bol yağışı torpaq; Canlandı şeh altında; İlk dəfə açan yarpaq. M.Dilbazi. Qış qurtarır, yer canlanır; Baharın xoş nəfəsilə. B.Vahabzadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....