Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
CANIYANANLIQ
is. 1. Riqqət, şəfqət, ürəyiyananlıq; birinin dərdinə şərik olma, mehribanlıq, səmimiyyət göstərmə. Müəllimənin canıyananlığı hamını heyran qoydu, o, gecə saat ikiyə qədər cənazədən ayrılmadı. M.Hüseyn.
□ Canıyananlıq eləmək (göstərmək) - ürəyi yanmaq, həmdərd olmaq, ürəkdən acımaq, yazığı gəlmək. [Qərənfil:] İndi də başlamısınız Hümmətə canıyananlıq eləməyə. İ.Əfəndiyev. Bir dəfə nahar zamanı Fərman gənc fəhlələrlə danışarkən dostu ona yaxınlaşdı və süni bir canıyananlıq göstərdi. Ə.Sadıq.
2. Canıyananlıqla şəklində - ürəyi yanarcasına, acıyaraq, yazığı gələrək, halına yanaraq. Canıyananlıqla soruşmaq. - Dürdanə xanım canıyananlıqla dedi.. Ə.Əbülhəsən.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....