İzahlı lüğət

CANFƏŞANLIQ

is. Həddindən artıq can yandırma, səy göstərmə, cəhd etmə. Amma, mətəəssüf, müəllimlərin çoxunda bu rəviş, bu hərəkət və bu canfəşanlıq müşahidə olunmur. F.Köçərli. [Səlim ağanın] bu canfəşanlığı tacirə ləzzət verirdi. M.Ibrahimov. Ox qıjıltı ilə gələndə yasavulbaşı qondarma bir canfəşanlıqla özünü xanın qabağına verdi.. M.Rzaquluzadə. //məc. Həddindən artıq və ya yersiz hörmət göstərmə, əldən-ayaqdan getmə. [Məşədi Qəzənfər:] Axşam da ki, toyda idik. Qərəz, çox canfəşanlıq oldu. Ü.Hacıbəyov.
□ Canfəşanlıq etmək (göstərmək) - həddən artıq səy göstərmək, çalışmaq, cəhd göstərmək. Kosa kuryer də bu aləmin içində özündən çıxıb və kabineti nizama salmaq üçün böyük bir canfəşanlıq göstərirdi. S.Rəhimov. Mən düşünürdüm ki, bu adam o qadının yaxın qohumudur, çünki həddən artıq canfəşanlıq eləyirdi. S.Rəhman.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

CAD

CUR

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed