Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
CANAVAR
is. [fars.] 1. İt cinsindən dərisi boz, yırtıcı heyvan; qurd. Kəhər at qulaqlarını şəkləyib, canavar tərəfə baxır, öküzlər böyrüşməkdə davam edirdi. Ə.Vəliyev. Çoban sürüyə canavar düşdüyünü zənn edib qışqırdı. İ.Hüseynov.
2. məc. Çox qəddar, vəhşi, yırtıcı, rəhmsiz adam haqqında. [Durna:] Sonra bir gün Əsəd bəy, o yırtıcı canavar; Məni kənddə yalqız görüb istədi ki, qaçırsın. C.Cabbarlı. Zaman çapır öz atını! Od parlayır süngülərdən; Rəzil düşmən yaralanmış yırtıcı bir canavardır. S.Vurğun.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....