Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
CALANMAQ
f 1. Calaq edilmək, peyvənd edilmək, qələm edilmək. Calanmış (f.sif.) ağac.
// Yaxşı tutmaq (peyvənd, qə ləm). Qələm yaxşı calanmışdır.
məc. Bağlanmaq, rəbt olmaq. Yenə gün calanır; Ötən günlərə; Mən sənə yaxınam; Sən mənə uzaq. N.Xəzri. [Şair:] Buyol mənim dövlətim; Bu yol mənim varımdır; Bir-birinə calanan; Polad misralarımdır. B.Vahabzadə.
Tökülmək, axıb tökülmək. [Ruqiyyə xanım] əlini qaldırdığı qədəhlə bərabər masanın üzərinə çırpdı. Şərab tamamilə süfrəyə calandı. S.Hüseyn. Yağış bir sel axını kimi göydən yerə calanır. Ə.Məmmədxanlı.
məc. İlişmək. [Əşrəf Bahara:] Yoxlamamış, bilməmiş birisinə calandıq, ondan ibrət olmadı.. B.Bayramov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....