Sizin hazırki nikiniz (ləğəbiniz)
..................................

CALAQ (ID - 5622)

is. 1. bot. Bir bitkinin başqa bitki ilə calaqlanma nəticəsində inkişaf etmiş hissəsi; peyvənd, qələm. Calaq yaxşı tutub.
// Calaq edilmiş, calaq nəticəsində alınmış. Calaq gilas. - Calaq almalar, peyvənd armudlar, şumal gilaslar, qoşa düyüm zoğallar, şiv qələmlər elə qəşəng sallanmışlar ki, adam baxdıqca baxmaq istəyir. Ə.Vəliyev.
Calaq etmək (vurmaq) - 1) calaqlamaq, peyvənd etmək, qələm eləmək. Biz gərək təzə-təzə bağ düzəldək, peyvəndlər edək, cır ağaca cins calaq vurub, ondan qızıl alma dərək. S.Rəhimov. Qonşulardan kim onu; Çağırsaydı gedərdi; Bağ kəsər, şitil əkər; Yaxşı calaq edərdi. M.Rahim; 2) bir şeyin yanma tikmək, calamaq.
Qoşma, qoşulmuş şey.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün "Öz şərhinizi yazın" hissəsindən istifadə edin!