Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
CAİZ
sif. [ər.] Hər hansı bir baxımdan edilməsinə, görülməsinə, işlənməsinə icazə verilən; icazəli, rüsxətli, ən münasib, ən uyğun. [Xacə] fikir etdi ki, qibleyi-aləmin sualında həqiqəti gizlətmək caiz deyil. M.F.Axundzadə. [Əbülhəsənbəy:] Eşq, məhəbbət məktubunu gündüz yazmaq caiz deyil! - dedim, - onu gecə saat birdən sonraya buraxmalısan. M.S.Ordubadi. [Səfi bəy:] Həcər xanım, düşmənin ailəsinə mərhəmət etmək caizmidir? S.S.Axundov.
□ Təbir caizsə, təbir caiz görülsə köhn. - əgər belə demək olarsa. Təbir caiz görülsə, demək olar ki, Hacı Aslan bu küçənin can damarı misalında idi. S.Hüseyn.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....