Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
CAH-CALALLI
sif. 1. Təntənəli, dəbdəbəli, təmtəraqlı, büsatlı, əzəmətli, möhtəşəm. Cah-calallı saray. Cah-calallı ziyafət.
Gecə xanın evində cah-calallı bir məclis qurulmuş, sazandalar öz yerlərini tutmuşdular. Ə.Məmmədxanlı. [Abbas ağa ilə Mahmud] danışa-danışa xeyli yol gəlmişdilər. Bu zaman qarşıdan gələn cah-calallı bir dəfn mərasiminə rast gəlib, söhbətlərini kəsdilər. P.Makulu.
2. Qaş-daş içində olan, bəzəkli. Leylək. cah-calallı xanımın qabağında nə qədər qul kimi dayanıb onun ağ pambıq əllərinə su töksə də, xanım onu saya salmır, meydanın ortasına sancılan ələm ağacınca hesab eləmirdi. S.Rəhimov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....