Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
CABƏCA
zərf [fars.] Yerbəyer, yerli-yerində, qaydasınca, lazımınca. İşini cabəca yerinə yetirdi. - [Ağa Kərim xan:] Adbaad hər nə ki sizə buyuracağam, o bu gün gərək cabəca əmələ gəlsin. N.Vəzirov. [Məşədi İbad:] Allaha şükür, dişlərim hamısı öz yerində cabəca, saqqalım da qapqara şəvə kimi. Ü.Hacıbəyov.
□ Cabəca eləmək - yerbəyer eləmək. [Seyidlər] ildə bir dəfə evlərinə qayıdıb, ailələri ilə görüşüb, gətirdikləri pulları cabəca edib, yenə gedirlər qazanc dalınca. Ə.Haqverdiyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....