Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ÜZLƏŞMƏK
f . 1. Üz-üzə gəlmək, birbirinə rast gəlmək, rastlaşmaq. Cəfər küçə qapısında Hacağa ilə üzləşdi. Ə.Vəliyev. // Məc. mənada. Uşaq gərək çətinliklə üzləşəndə ondan qorxub qaçmasın. S.Rəhimov. Görüşlər, hicranlar; Belədir aləm; Daim qaranlıqla işıq üzləşir. N.Xəzri. 2. Üzbəüz olmaq, üz-üzə gəlmək. Dünənki hadisədən sonra Ikram qalıb Ağazal ilə üzləşmək istəmirdi. Ə.Əbülhəsən.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla