Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ÜSYAN
is. [ər.] 1. Köhnə ictimai quruluşu yıxıb yenisini qurmaq məqsədilə hakim siniflərə qarşı kütləvi silahlı çıxış. Kəndli üsyanları. - Bir üsyanla doğacaqdır azadlığın ilk ulduzu! S.Vurğun. Aydın olsun hamıya; Xalqın gücü; Silahlı üsyanın nəticəsi. R.Rza. □ Üsyan etmək (qaldırmaq) - hakim siniflərə qarşı silahlı çıxış etmək. Üsyan etmiş kənd topa tutulur. H.Nəzərli.
2. Asi olma, qarşı durma, birinə qarşı ayaqlanma, baş qaldırma. □ Üsyan etmək (qaldırmaq) - ayaqlanmaq, üzə durmaq, asi olmaq, baş qaldırmaq. Bir gün Məsmə üsyan edir. Kimsəyə əl açmayacağını açıqdan-açığa kor Seyidə bildirir. S.Hüseyn. Səkinə lap üsyan qaldırdı: - Yenə qol-qanad açdın, ay dəli?! M.İbrahimov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....