Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ÜNSİYYƏT
is. [ər.] 1. Qarşılıqlı münasibət, əlaqə, yaxınlıq, ülfət. Hələ bir-birini tanımayan adamlar heç xəbərləri olmadan bir-birinə yaxınlaşır, onların arasında ülfət və ünsiyyət daha da möhkəmlənirdi. Ə.Əbülhəsən. Atla kişinin [Mahmudalmm] arasında qəribə bir ünsiyyət əmələ gəlmişdi. İ.Əfəndiyev. □ Ünsiyyət bağlamaq (salmaq, tutmaq) - aralarında yaxşı münasibət yaranmaq, bir-biri ilə yaxın olmaq, ülfət bağlamaq. Biz sizə o qədər alışdıq, elə ünsiyyət bağladıq ki, ayrılmaq çətindir, - deyə, bir dost bizə müraciət edir. M.İbrahimov.
Əlaqə, rabitə, qarşılıqlı münasibət. Dil insanlar arasında ünsiyyət vasitəsidir.
Xoş münasibət, yaxınlıq, mehribanlıq. Ailədə ünsiyyət artıran, ürəkdə munis duyğular oyadan belə axşamlardan sonra yuxu nə qədər şirin olardı. M.İbrahimov. Həbib Gözəlin evində hərarət, körpələrində ünsiyyət, özündə mərhəmət gördüyü kimi, Gözəl də Həbibdə insaniyyət, mehribanlıq hiss edirdi. Ə.Vəliyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....