Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

ÜMUMİ

sif. [ər.] 1. Ümuma, hamıya aid olan; hər şeyi, hamını əhatə edən, qavrayan. Ümumi seçki hüququ. Ümumi tərk-silah. // Hamıya, hər şeyə şamil olan, xas olan. Ümumi nöqsanlar. Ümumi qaydalar. Ümumi vəziyyət.
Hamıya və ya bir neçəsinə məxsus, birgə istifadə olunan; müştərək. Ümumi əmlak. Ümumi koridor. - Üç gün sonra qayınanaya ayrıca bir otaq təxsis olundu, ümumi yoldan belə məhrum edildi. Çəmənzəminli. □ Ümumi yataqxana - adətən bir müəssisədə işləyən və ya bir məktəbdə oxuyan adamların bir yerdə yaşaması üçün ev. Ümumi yataqxanada işıqlar sönmüşdü. H.Seyidbəyli.
Başqası ilə eyni, uyğun olan, bənzər, başqası (başqaları) ilə eyni zamanda olan. Ümumi mənafe. Onların arasında ümumi cəhətlər çoxdur.
Birgə, birlikdə götürülmüş; bütün, tamam, ümumən, cəm. İşçilərin ümumi sayı. Ümumi nəticə.
Bir şeyin əsaslarına aid olan. Elmin ümumi məsələləri. Ümumi anatomiya.
Təfərrüatına, təfsilatına varmadan, əsasən başlıca xüsusiyyətləri qavrayan. Ümumi təəssürat. Vəziyyəti ümumi şəkildə təsvir etmək. Ekspedisiyanın ümumi planı.
□□ Ümumi dil tapmaq - qarşılıqlı anlaşmaya nail olmaq, bir-biri ilə razılaşmaq, razılığa gəlmək. [Ömər Lütfi:] Onlar ilə ümumi bir dil tapmaq mümkündür. H.Nəzərli. Ümumi iclas (yığıncaq) - hər hansı kollektivə, təşkilata, idarəyə mənsub adamların hamısının iştirak etdiyi iclas (yığıncaq). Məktəbin ümumi iclası. Ümumi təhsil - xüsusi ixtisas vermədən, hərtərəfli hazırlıq verən təhsil.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....