Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ÜLFƏT
is. [ər.] 1. Qarşılıqlı, xoş, mehriban münasibət, yaxınlıq, əlaqə, ünsiyyət, dostluq. [Nadir bəy:] İnsanlar arasında ülfət ziyadələşdikcə, şübhəsiz, könüldəki təəssürat və məhəbbət də o nisbətdə artmağa başlar. H.Cavid. □ Ülfət etmək (bağlamaq) - birbiri ilə əlaqəsi olmaq, yaxınlıq etmək, əlaqə yaratmaq, ünsiyyətdə olmaq. İnsan insan ilə həmişə ülfət bağlamağa mayildir, necə ki heyvan ilə. C.Məmmədquluzadə. // Görüşmə, qaynayıb-qarışma.
2. Sevgi, məhəbbət. Bağrıma basıram ana Vətəni; Bu ülfət ilhama çağırır məni! S.Vurğun.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....