Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ÜFÜQ
is. [ər.] 1. Göyün yer və ya su səthi ilə bitişik kimi görünən xətti. Ulduzlar tökülür dənizə bir-bir; Üfüqdə açılır səhərin gözü. R.Rza. Üfüqdə günün batması elə gözəl görünürdü ki, təsvir etmək mümkün deyildir. M.Rzaquluzadə. // Göyün yerə doğru əyilmiş kimi görünən hissəsi. Bulud üfüqü örtmüşdü. - O gün axşamüstü günəş üfüqə doğru əyilmiş, kölgələr uzanmağa başlamışdı. S.Hüseyn. // Gözlə görünən göy sahəsi; ənginlik. Təyyarə üfüqdə uçurdu. // Obrazlı təşbehlərdə. Bir fırtına müjdəsi var üfüqlərin gözündə; Qasırğalar rəqs etmədə göy dənizin
üzündə. A.İldırım. Açılır üfüqün nur sərhədləri; Səhər toranını göylər əridir. M.Araz.
2. məc. (adətən cəm şəklində). İmkan, fəaliyyət sahəsi. Elmdə yeni üfüqlər açmaq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....