Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
ÜÇÜN
qoş. Feillərdən, adlıq və ya yiyəlik halında olan isimlərdən, şəxs, qayıdış və işarə əvəzliklərindən əvvəl gələrək, həmin sözlərlə aşağıdakı mənaları ifadə edir: 1) səbəb bildirir: ...görə, ...səbəbilə. Xəstə olduğum üçün sizə gələ bilmədim. - [Lətifə] bəlkə peşmanlıq çəkdiyi üçün ağlayırdı. M.Hüseyn. Komandiri ayağından ağır yaralandığı üçün xəstəxanaya apardılar. Ə.Vəliyev; 2) məqsəd, qayə bildirir. Sizi görmək üçün gəldim. Ailəni saxlamaq üçün başqa əlac yox idi. A.Şaiq. Qadın körpəsini xilas etmək üçün .. uzaqlaşır. Ə.Məmmədxanlı; 3) uğrunda, yolunda. Vətən üçün canını vermək; 4) aidiyyət bildirir. Özüm üçün ayaqqabı aldım. - Məhkəmə sədri üçün məsələ aydın idi. S.Hüseyn.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....