Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
UZMƏK2
f. 1. Dərmək, qoparmaq, qırpmaq. Sitarə .. durub, həyətə gedirdi və hər çiçəkdən birini dərib, hər güldən bir yarpaq üzüb, hərəsindən də bir həzz aparıb, bir lətafət anlayırdı. Çəmənzəminli. [Cahan:] Çəməndəki o güllərin; Ən gözəlin üzərəm. Ü.Hacıbəyov.
Kəsib atmaq, kəsmək. Mişar barmağını üzdü. - [Mirpaşa:] Yaxşı ki balta ayağını tamam üzməyib. Z.Xəlil.
Ayırmaq, qoparmaq. [Dərviş:] Ruqiyyə əlini əlimdən üzüb alaçığa qaçdı. A.Divanbəyoğlu. Mübaşir Məmməd [Gülnazın] üstünə şığıdı. Qızı qucaqlayıb ayaqlarını yerdən üzdü. M.İbrahimov.
Haqq-hesabını qurtarmaq, ödəyib qurtarmaq, üzülüşmək. Sonralar Məşədi Rəhimə bir dəfə bir qədər pul göndərdim. Qalan borcunu da bu yavıqda üzdüm. C.Məmmədquluzadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....