Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

UZMƏK1

f 1. Suyun üzündə və ya altında hərəkət etmək. Bu zaman Qətibə hovuzun kənarında dayanmışdı, suda üzməkdə olan əlvan balıqlara baxırdı. M.S.Ordubadi. Sarışın bir rus gənci yeddi-səkkiz yaşlı oğluna üzmək öyrədirdi. M.Hüseyn. // Suda batmadan hərəkət etməyi bacarmaq. Mən üzə bilmirəm. O, suda çox yaxşı üzür. // Xüsusi mexanizmlər vasitəsilə müəyyən istiqamətdə suyun üzündə, ya altında hərəkət etmək (gəmi, qayıq və s. haqqında). Qayıqlar, gəmilər üzür yanaşı; Sallanan bayraqlar əks edir suda. S.Vurğun. Adamlar yerə atıldılar və sal yenə də xırıltılı mahnısını söyləyə-söyləyə sağ sahilə üzməyə başladı. Ə.Sadıq. // Gəmidə, qayıqda və s.-də getmək. Teploxodda Volqaboyu ilə üzmək. // Suya batmadan axarı ilə getmək, hərəkət etmək (şeylər haqqında). Xəzəl suyun üzəri ilə üzür.
2. məc. Havada yavaş-yavaş, sərbəst surətdə hərəkət etmək; süzmək. Planer havada üzür. Qartal havada üzür. Başımızın üstündən bir təyyarə üzüb keçdi. - ..Havada üzən yüngül şeylərin və havanın özünün də ağırlığı vardır. H.Zərdabi. // məc. Ay, Günəş haqqında. ..Üstdəki Ay da göy dənizdə olan kimi axıb üzürdü. S.Rəhimov. Günəş çoxdan bozumtul buludlar arasında üzməkdə idi. M.Hüseyn. // məc. Hərəkət edər kimi nəzərə gəlmək. Göz işlədikcə uzanan düzlər yaşıllıq içində üzürdü. M.Hüseyn. Qəhrəmanlar kəndi işıq içində üzdüyü vaxt Gülyanaq yuxudan qalxıb, yataq otağının kəllə pəncərəsini açdı. Ə.Vəliyev. // Obrazlı təşbehlərdə. Xəyalımız üzəydi sevda dənizlərində; Ləpələr üzərində. M.Müşfiq. Üzürsən qoynunda xoş xəyalların; Boşluğa dirənən ehtimalların. B.Vahabzadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....