Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
UZATMAQ
f . 1. Daha uzun etmək; uzunluğunu, boyunu artırmaq. Paltarın ətəyini uzatmaq. ipi bir qədər uzatmaq.
Bir şeyi irəliyə doğru hərəkət etdirmək, irəli vermək, bir şeyə, ya bir adama tərəf yaxınlaşdırmaq, yönəltmək. ..Yavıqda oturan qonaqlar da stəkanlarını uzadıb xanımın stəkanı ilə çaqqıldatdılar və içdilər. C.Məmmədquluzadə. Ballı xala qabı eşib, bir qızarmış iri kələmdolması tapıb, oğlu Qulunun ağzına uzatdı. Çəmənzəminli. // Əlini uzadaraq bir şeyi vermək, təqdim, ya təklif etmək. Bir papiros çıxarıb yoldaşına uzatdı. - Zabit .. ayaqlarını qoşalaşdırıb, məktubu mənə uzatdı... M.S.Ordubadi. Eldarın göyərçin hinini gördükdə mən yaralı göyərçini tordan çıxarıb ona uzatdım. M.Rzaquluzadə. Kənd poçtalyonu Ayaza bir dəstə qəzet uzatdı. Ə.Məmmədxanlı.
Çıxmasına, uzanmasına mane olmamaq; vurdurmamaq, qırxdırmamaq, kəsdirməmək. Saqqalını (saçını) uzatmaq. Dırnaqlarını uzatmaq. - Arabir də papaq qoyub bığlarını uzadar; O bilir ki, bu dünyada Koroğlunun adı var. S.Vurğun. Gənc, gözəl bir oğlanın başının tükünü çiyninədək uzadardılar. H.Sarabski.
Uzandırmaq, yatırtmaq. Bir az sonra dizinin üstündə huşa getdiyini gördükdə Zeynəb [Mayanı] ehmalca yerinə uzatdı. M.İbrahimov. Kərimin ayağına yağlı xəmir salıb yerə uzadardılar. H.Sarabski.
Vaxtını, müddətini artırmaq, bir işin davam müddətini artırmaq. Qəbul saatlarını uzatmaq. Məşğələni yarım saat uzatdılar.
Ləngitmək, təxirə salmaq, bir məsələnin, işin həllini, icrasını geriyə atmaq, gecikdirmək, daha gec vaxta keçirmək. [Nazlı:] Fərhad qardaşın stolu üstündə şəklini görmüşəm. Niyə uzadırsan, a-az? Niyə Fərhada getmirsən? Ə.Məmmədxanlı. // Lüzumundan artıq davam etdirmək, gecikdirmək. Oyunu uzatmaq. işi uzatmaq. - [Şirin:] Ay Çingiz, sənin bir müsbət tərəfin varsa, o da iclası uzatmamağındır. Çəmənzəminli. Söylədi: -Məclisi gəlin uzadaq. H.K.Sanılı.
Artırmaq, yaşatmaq, davam etdirmək. Təmiz hava insanın ömrünü uzadar. - Ömrü uzatdıqca dillənir varlıq; Bizə nələr deyir bu bəxtiyarlıq? S.Vurğun. Saf su ömür-gün uzadar; Bulanıq su verər azar. M.Dilbazi. Uzun danışmaq, uzunçuluq eləmək, danışarkən lazım olmayan təfərrüata yol vermək. Sözü uzatmaq. Mətləbi uzatmaq. - Dilmanc dəxi səbir eləmədi və qoymadı Yarməhəmməd sözü uzatsın. C.Məmmədquluzadə. Əmrah öz nəsihətlərini çox uzatmadı. M.Hüseyn.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla